“Atletiko”nun hücumçusu məşq zamanı özündən gedib

14:30 24.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Atletiko”nun hücumçusu Mussa Dembele komanda yoldaşlarını qorxudub.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard məşq zamanı anidən yerə yıxılaraq özündən gedib.

Klubun həkiminin ilkin müdaxiləsindən sonra fransalı forvardı ayıltmaq mümkün olub. Lakin futbolçu hər ehtimala təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Madrid təmsilçisi rəsmi saytı vasitəsilə Dembelenin səhhətinin normallaşdığını və həyati təhlükəsinin qalmadığını açıqlayıb.