Avqust ayının sosial ödənişləri yekunlaşıb

11:07 28.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Bu barədə hafta.az-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl – avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.