Avropa çempionatı: Azərbaycan basketbol millisi finala vəsiqə qazanıb

21:44 27.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa çempionatının C divizionunun finalına vəsiqə qazanıb.

Hafta.az xəbər verir ki, yarımfinalda Kiprlə üz-üzə gələn yığmamız rəqibinə 66:49 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) olub.