Yazını böyüt
Yazını kiçilt
“Qarabağda nə baş verir: elə bil 90-cı illər təkrar olunur. Avropa və Qərb Ermənistanla sülh sazişinin imzalanaması barədə danışır, amma nəticəsi yoxdur.”
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugükü iclasında deputat Vahid Əhmədov bildirib.
Deputat Ermənistanın dünənki təxribatı nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin qulluqçusunun yaralanmasını, eləcə də Şuşa, Naxçıvan istqamətində ermənilərin hərbi təxribatlarını qeyd edib. O, Ermənistanın sülhə maneə yaradan davranışlarına qarşı nə Avropada, nə Rusiyada, nə də ABŞ-da ciddi qərar verilmədiyini təəssüflə vurğulayıb.