Avropaya müraciət etməliyik ki, Fransaya öz yerini göstərsinlər - Elşad Mirbəşir

12:12 12.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransanın bu qərəzi Avropanın Azərbaycanla birgə enerji təhlüksəziliyinin müəyyən etdiyi prioritetlərə ziddir. Biz Avropaya mütaciət etməliyik ki, Fransaya öz yerini göstərsinlər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünlü iclasında deputat Elşad Mirbəşir bildirib. 

Deputat qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ərazisini anklav adlandırıb və çəkinmədən Azərbaycan ərzilərini Ermənistan ərazisi kimi təqdim edib. O, sülh gündəliyinin aktual olduğu bir dövrdə Fransanın belə bir mövqedən çıxış etməsini bütövlükdə region üçün təhlükə yaradan məqam kimi bəyan edib. 

Deputat Fransanın Ermənistan səfirliyinə yeni “hərbi ataşe” təyin etməsini qeyd edərək, bunun işğalçı, müharibə ritorikasından əl çəkməyən bir ölkəni hərbləşdirmək siyasəti kimi önə çıxardığını deyib.

“Əgər Fransa sülhə töhfə vermək istəyirsə Avropanın yanaşmasına qarşı münasibət sərgiləməsi yanlışdır”.

Deputat Milli Məclisin spikerinin Fransanın səfiri ilə son görüşündə bu məqamlara toxunulduğunu vurğulayaraq, Fransanın yenə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmədiyini deyib.

Siyasət rubrikasından digər xəbərlər