Ayxan Hacızadə: Ermənistan saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalıdır

12:57 28.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadə qeyd edib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə Azərbaycan tərəfindən uydurulan sızma əməliyyatları ilə bağlı saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.

Siyasət rubrikasından digər xəbərlər