Azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb

13:07 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib:

"Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır".

Oxunma sayı 62