Azad olunan ərazilərdə 30 572 mina aşkarlanıb

10:10 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

Hafta.az-ın məlumatına görə, İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında qeyd edilib ki, icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.

Bildirilib ki, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.