Yazını böyüt
Yazını kiçilt
“Azad Rəhimovun vəfat etməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.
Hafta.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
O qeyd edib ki, ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb:
"Yenə də Allahdan ümid kəsilməz".
1964-cü il təvəllüdlü Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib.