Yazını böyüt
Yazını kiçilt
“Aparılan müzakirələr büdcə prosesində aşkar olunan zəif bəndlərin aradan qaldırılmasına xidmət edir. Büdcə qanunun icra nəticələrinə dair müzakirələrin aparılması mahiyyət etibarilə hesabatlılıq kimi qəbul oluna bilər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, ötən illə müqayisdə büdcə xərcləri 3 faiz artıb.
“Büdcə gəlirinin 9,11 faizi qeyri neft sahəsinə əsasən formalaşıb. Valyuta ehtiyatlarımız 71 milyard dollara çatıb”-deputat deyib.