Azər Hüseynov vitse prezident seçilib

14:55 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Zooloji Parkının drektoru Azər Hüseynov Avrasiya Regional Zooparklar və Akvariumlar Assosasiyasının vitse prezidenti təyin olunub. Bu barədə A.Hüseynov hafta.az-a açıqlamasında bildirdi. O, təxminən 2 ay müddətində Bakı Zooloji parkının yenilənmə prosesinin başa çatmasının gözləndiyini və yaradılmış 2 böyük akvariuma Rusiyadan sürünənlərin gətirilməsi üçün danışıqlar apardığını da vurğuladı:

“Rusiya səfərimin əsas məqsədi növbədənkənar təşkil olunmuş konfransda iştirak etmək idi. Assosasiyanın prezidenti yanvar ayında dünyasını dəyişdi. Yeni prezidentin seçilməsi ilə əlaqədar Moskvada toplandıq. Burada Moskva Zooloji parkının drektoru quruma yeni prezident, mən də assosasiyanın yeni vitse prezidenti seçildim”.

Qeyd edək ki, Avrasiya Regional Zooparklar və Akvariumlar Assosasiyasında 18 dövlətdən 70-ə yaxın Zooloji Park iştirak edir.

Oxunma sayı 486