Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəşad Nəbiyev əvəzləyib

17:48 01.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Cüdo Federasiyasında (ACF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiyanın yeni rəhbərliyi bəlli olub. 2015-ci ildən ACF-nin prezidenti seçilən Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib. O, növbəti 5 ildə quruma rəhbərlik edəcək.