Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini artırıb

15:59 26.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətləri üzrə xərcləri 1,5 milyon manat olub.

Hafta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66,4% və ya 592 min manat çoxdur. 2023-cü ilin sonunda AMB-nin sığorta xidmətləri üzrə xərcləri 891 min manat idi.

Bununla yanaşı, ötən ilin sonunda AMB-nin icbari tibbi sığorta üzrə ayırmaları 758 min manat olub ki, bu da, illik müqayisədə 95 min manat, yaxud da 14,3% çoxdur. Əvvəlki ilin sonunda bu məbləğ 663 min manat olmuşdu.