Azərbaycan minatəmizləmə sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcək

21:00 18.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə hafta.az-a ANAMA-dan bildirilib.

Qeyd olunub ki, Anlaşma Memorandumu “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində imzalanıb.

Siyasət rubrikasından digər xəbərlər