Azərbaycan nefti ucuzlaşıb

10:28 02.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,37 ABŞ dolları və ya 2,1% azalaraq, 63,76 dollar/barel təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar və ya 2,11% ucuzlaşaraq 62,06 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,36 dollar və ya 2,71% azalaraq, 48,78 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,74 dollar və ya 2,75% azalaraq 61,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.