10 noyabr sazişindən sonra da Azərbaycan-Ermənistan arasında gərginlik davam edir. Dəfələrlə ermənilərin ərazilərimizə qarşı diversiya hərəkətləri olub və qarşısı alınıb. Son diversiya hərəkətlərinin qarşısının alınması zamanı 80-dən çox şəhidimiz oldu. Son “qətiyyətli cavab” dan sonra gərginlik böyük müstəviyə qalxdı, hətta Makron Azərbaycanın məsələsini Təhlükəsizlik Şurasına çıxartdı və Rusiya-Ukrayna müharibəsi kontekstində danışıqlar prosesdən kənarlaşdırıldı.
Bu fikirləri hafta.az-a siyasi şərhçi Teymur Qasımlı deyib:
“Hətta Azərbaycana qarşı sanksiyaların tətbiqindən danışıldı. Belə bir vəziyyətdə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji asılılğından dolayı sanksiyalardan yan keçməyimiz, başlanan danışıqlar dövlətimizin apardığı uğurlu siyasətin davamıdır. Rusiya regiondakı gərginliyi ona görə yaratdı ki, Brüssel masasını dağıtsın. Əksinə, Praqa görüşü də çox uğurlu oldu və bu, danışıqlar masasının dağılmasının qarşısını aldı. Eləcə də, Amerika ilə Azərbaycanın üz-üzə qoyulmasının taktikası uğursuz oldu. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan xarici işlər nazirləri görüşdü. Prezidentin köməkçisi Hikmət Hacıyevin keçirdiyi görüşlər onu deməyə əsas verir ki, bizim diplomatiya uğurludur, danışıqlar masasının yenidən qurulması düzgündür. Paşinyan Brüssel görüşündən sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, qəribə fikir işlətdi: “gedin Qarabağla özünüz danışın”. Paşinyan sülhüm xeyrinə çox söz deyir, amma əsas nəticədir. Bu mənada Praqa görüşü çox önəmli oldu. Azərbaycan Prezidenti istər Praqada, istərsə də verdiyi müsahibələrdə bir daha qətiyyətli mövqe ortaya qoydu. Dövlətin bölgədə sülhün, əminəmanlığın olmasında maraqlı olduğunu vurğuladı.
Paşinyan AL-Maatı müqaviləsinə görə Azərbaycan sərhədlərini tanıdığını dedi. Bundan sonra Ermənistanda vəziyyət gərginləşib. Erməni separatçılarının rəhbəri İrəvana gedib, mitinq keçirirlər. Onu da qeyd edək ki, Al- Maatı bəyyanməsində Xankəndi, Əsgəran, Xocalı, Azərbaycan torpaqları idi. Bu gün də torpağıdır. Azərbaycan dövləti təbii ki, öz mövqeyindən geri çəkilmir, bir tərəfdən də atəşkəs pozulmağa başlayıb. Ermənistan yenə dezinformasiya yayır, Azərbaycanın mülki insanaları öldürməsi ilə bağlı yalan məlumatlar verirlər. Ona görə də hər zaman deyirəm ki, qeyri-qanuni siahlı birləşmələr Azərbaycan ərazilərindən çıxarılmadığı müddətdə orda atəşkəs də pozulacaq, sərhədlər də pozulacaq. Burda da əsas günahkar Rusiyadır. Ona görə ki, Azərbaycan-Ermənistan arasında aparılan diplomatik görüşlərlərdən sonra ABŞ bölgəyə gəldi. Bundan sonra hətta ABŞ Ermənistana dedi ki, KTMT-dən çıxın sizə silah verək. Pentaqona Ermənistanın müdafiə naziri səfərlər etdi.
Azərbaycanın son zamanlar atdığı diplomatik gedişlər beynəlxalq inteqrasiyada əhəmiyyətini, rolunu artırır.
Qeyd edim ki, Praqada Şarl Mişellə görüşdə növbəti görüşün noyabr ayında olacağı deyildi.
Noyabra kimi hansı proseslərin gedəcəyi də birmənalı qarşılanmır. Noyabrda görüşün nəticəsi nə olacaq, bilinmir. Mən hələ ki, Azərbayacanla Ermənistan arasında böyük sülhün olacağına inanmıram”.