Yazını böyüt
Yazını kiçilt
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsində son oyununu keçirib.
Hafta.az-ın məlumatına görə, millimiz son turda meydan sahibləri olan Lüksemburqla görüşüb.
İlk iki görüşdə məğub olan millimiz Lüksemburqla matçda qalib gəlib.
Elit-raunda ilk pillə sahibləri və yalnız ən yaxşı qrup üçüncüsü çıxdığından yığmamız turnirlə vidalaşıb.
Qeyd edək ki, millimiz bunadək Belçikaya 1:5, İspaniyaya 0:6 hesabı ilə uduzub.
U-19. AVRO-2022. Seçmə mərhələ
B qrupu, III tur
Lüksemburq – Azərbaycan – 0:2
Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşalı, 77