Azərbaycan və Litva arasında sənədlər imzalanıb

12:25 22.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Hafta.az Azərbaycan və Litva arasında imzalanan sənədləri təqdim edir:

- “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;

- “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”;

- “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”.

Siyasət rubrikasından digər xəbərlər