Yazını böyüt
Yazını kiçilt
Türkiyə vətəndaşlarını Çinin Uhan vilayətindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Kayseri əyalətinin hərbi hava limanına enib.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları da Çindən təxliyə olunacaqlar.
Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.