Azərbaycan yığması I MDB Oyunlarında 60 medal qazanıb

20:38 11.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

Hafta.az-ın məlumatına görə, yarışa 126 idmançı ilə yollanan millimiz 60 medal qazanıb.

Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib.

Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb. Digər iştirakçı ölkələr daha az medal əldə edib. Bunlar Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovadır.

Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.

Oxunma sayı 37