Azərbaycanda daha 16583 nəfərə vaksin vurulub

17:15 27.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 16583  nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7374 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 9209 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 440243  nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 946834 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493409 nəfərdir.