Azərbaycanda hotellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlanıb

13:37 11.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əsas məqsədimiz 3 istiqamət üzrə yönəlib. Birincisi hotellərin təbliğatı, ikincisi keyfiyyəti artırmaq və üçüncüsü rəqabətqabiliyyətliliyi artırmaqdır.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Son illər Azərbaycanda hotelçilik sahəsində kifayət qədər işlərin görüldüyünü bildirən Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyini, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib: “2020-ci ilin iyununda Azərbaycan Avropa Mehmanxanalar Assosiasiyasının üzvü olub. Bu gün iki hoteldə Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar yoxlamalar keçirildi. Təsnifat sisteminin meyarları bütün Avropa ölkələrində tətbiq olunur. Azərbaycan Hotel Assosiasiyasının iki auditoru müraciət edən hotellərlə müzakirələr aparır. Hər şey mükəmməl olmaya bilər, qiymətləndirmə zamanı auditorlar çatışmazlıqlar aşkar etdikdə hotellərə onları düzəltmək üçün 6 ay vaxt verilir, çatışmazlıq böyükdürsə, 12 ay vaxt verilir. İlkin qiymətləndirmə olandan sonra auditorlar hesabat hazırlayır”.

Florian Zenqstşmidin bildirib ki, hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Karantin dövründə hotellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək.