Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölüm səbəbi onun xroniki xəstəliyidir - Operativ qərargah

21:25 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölümünün səbəbi onun xroniki xəstəliyinin olmasıdır.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində bildirilib.

Bildirilib ki, koronavirusa qarşı tətbiq olunan dərmanlar insanın immun sistemini zədələyir və həmin vətəndaşın immun sistemi buna tab gətirə bilməyib:

”Qalan xəstələrin vəziyyəti sabitdir, dəstəkverici müalicə alırlar. Bir xəstənin vəziyyəti nisbətən ağırdır və onun da müalicəsi aparılır, həkimlərin nəzarəti altındadır”.