Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb

12:20 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 4-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363,183 nəfər peyvəndlənmə prosesində iştirak edib.

 

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.