Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

12:42 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda 134 min 298 nəfər əcnəbi yaşayır.

Bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran vətəndaşlarıdır:

"Ölkədə olan digər miqrantlar isə başqa ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib".