Azərbaycanda yeni medal təsis edilir

14:48 30.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir.

Hafta.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik gündəliyə daxil edilib.

 

Müzakirələrdən sonra qanuna dəyişiklik birinci oxunuşda təsdiq olunub.