Azərbaycanda zəlzələ oldu

17:10 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 16:17 radələrində Xaçmazın dəniz qırağı kəndlərində zəlzələ hiss edilub.

Hafta.az-ın şimal bürosuna yerli sakinlərin verdiyi  məlumata görə, zəlzələ təxminən 3 bal gücündə hiss edilib. Zəlzələnin episentrinin Xəzər dənizi olduğu bildirilir. Sakinlər zəlzələnin qorxusundan küçələrə çıxıb.