Yazını böyüt
Yazını kiçilt
Stolüstü tennis üzrə Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, 2-ci qrupda yer alan kişilərdən ibarət yığmamız ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Daha sonra Rusiyaya eyni hesabla uduzan millimiz Ermənistanı 3:1 hesabı ilə məğlub edib.
Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.