Azərbaycanın sülh prosesi bölgəmizdə bir növ stabillik ocağı yaratmağa yönəlib – Tofiq Zülfüqarov

15:05 09.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın ötən ildə və hazırda müharibədən sonra bölgədə gündəmə gətirdiyi sülh prosesi beynəlxalq qanunlara uyğun prinsipləri Ermənistana təklif etməsi bölgəmizdə bir növ stabillik ocağı yaratmağa yönəlib. Ancaq yenə də, əfsuslar olsun ki, dünyadakı gərginlik ocaqları regionumizun həm şimalında, həm də cənubunda bir dissonans yaratdı”.

Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Necə hesab edirsiz, 2024-cü ildə planetimizdə hansısa münaqişə bitəcək, həllini tapacaq, yoxsa, əksinə, yeniləri peyda olacaq?” sualını cavablandırarkən söyləyib.

“Təəssüf ki, 2024-cü ildə planetdə ötən ildən bəri davam edən proseslərin ümumi tendensiyası mənfidir. Və biz gərginlik ocaqlarının getdikcə çoxaldığını görürük. Onu da nəzərdən qaçırmayaq ki, əslinə qalsa, Azərbaycanın ötən ildə və hazırda müharibədən sonra bölgədə gündəmə gətirdiyi sülh prosesi, - yaddan çıxarmayaq ki, həmin sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan idi,- beynəlxalq qanunlara uyğun prinsipləri Ermənistana təklif etməsi bölgəmizdə bir növ stabillik ocağı yaratmağa yönəlib.  Və bu istiqamət dövlətimizin xarici siyasətində açıq-aşkar görsənir. Ancaq yenə də, əfsuslar olsun ki, dünyadakı gərginlik ocaqları regionumizun  həm şimalında, həm  də cənubunda bir dissonans yaratdı”, - sabiq baş diplomat belə deyib.

Əslində, bu bütövlükdə bəşəriyyətin problemidir və görək, nə ilə nəticələnəcək. Öncədən nəsə demək çox çətindir. Çünki müxtəlif regionlarda baş verən hadisələr müxtəlif səbəblərdən törəyir. Və bunlardan müxtəlif qüvvələr faydalanır. Bu baxımdan hazırda planetdə gedən proseslərə hansısa ümumi bir meyar tapmaq  və nəsə proqnoz vermək mürəkkəb və çətin məsələdir”, - deyə Tofiq Zülfüqarov yekunlaşdırıb.

Siyasət rubrikasından digər xəbərlər