Yazını böyüt
Yazını kiçilt
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşıb.
Hafta.az xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş oyun 3:0 hesabı ilə Avstriya komandasının xeyrinə başa çatıb.
Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 12 xal olan Avstriya ikinci pilləyə yüksəlib. Norveç 9 xalla ilk üçlüyü qapayır. Finlandiya 7 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.