Yazını böyüt
Yazını kiçilt
"Keçiörengücü" azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.
Hafta.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin rəsmi Tvitter hesabı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.