Azərbaycanlı xilasedicilər Türkiyədə bir nəfərin meyitini tapıblar - FOTO

12:00 07.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən Türkiyə yollanan FHN-in xilasetmə qüvvələri axtarış əməliyyatlarına başlayıb.

Hafta.az-ın məlumatına görə, azərbaycanlı xilasedicilər tərəfindən bir nəfərin cəsədi dağıntılar altından çıxarılıb və təhvil verilib.

Azərbaycanlı xilasedicilər Türkiyənin Kahramanmaraş rayonu ərazisində axtarışlar aparırlar.

 

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

 

Oxunma sayı 122