Yazını böyüt
Yazını kiçilt
Aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6474 yeni abonent qeydiyyata alınıb.
Birlikdən hafta.az-a bildirilib ki, bundan 4842 abonent Bakı, Abşeron və Sumqayıt, 1632 abonent regionların payına düşür. İlin 4 ayı ərzində qeydə alınan yeni abonentlərin sayı isə 30 min 55 təşkil edir. Beləliklə may ayının 1-nə olan statistikaya görə Azərbaycanda ümumilikdə qazdan istifadə edən əhali qrupu abonent sayı 2 milyon 277 min 298-ə (o cümlədən, 1 milyon 398 min 805 regionlar, 878 493 Bakı şəhəri) bərabərdir.
Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 619 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr qaz limiti ayrılıb.