Bağlı qapı arxasında 85 yaşlı şəxsin meyiti aşkar olunub

23:55 21.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildə meyit aşkar olunub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Ağayev Ağakişi Musa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.