Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

14:28 06.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.

 

Hafta.az-ın məlumatına görə, Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

 

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

 

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibi olub.