Bakı metrosunda ölüm hadisəsi baş verib

09:00 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-də ölüm hadisəsi qeydə alınıb.

Bu barədə hafta.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi deyib ki, saat 08:10-da yaşlı bir kişi qatarda özünü pis edib və sərnişin “28 May” stansiyasında platformaya düşürülüb.

Onun sözlərinə görə, həmin vaxt sərnişin özündə olmayıb. Dərhal Təcili Yardım çağırılıb.

Təcili Yardım ölüm faktını təsdiqləyib.modern

Oxunma sayı 26