Bakı sakini küçədə bıçaqlanıb

12:14 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs küçədə hərəkət edən 1972-ci il təvəllüdlü Cəfərov İlham Feyzulla oğluna bıçaqla hücum edib. 

İ.Cəfərov bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.