Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları təltif olunub

16:14 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları təltif olunub.

Bu barədə hafta.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər. BŞTİ-nin müdiri Mehriban Vəliyeva döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb. Hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən idarə müdiri bundan sonrakı işlərində də onlara uğurlar arzulayıb.

BŞTİ-nin əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, daha da səylə çalışacaqlarını ifadə ediblər.