Bakıda 70 yaşlı kişini maşın vurdu

10:53 24.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 70 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Rəsulzadə Rüfət Nəsir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.