Bakıda anbarda yanğın olub

11:43 20.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan anbarda piştaxtalar 50 m² sahədə və 1 ədəd elektrik lövhəsi yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, anbarın qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.