Bakıda avtomobil piyadanı vuraraq öldürüb

14:26 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 14-də saat 6 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini X.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini P.Səfərovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.