Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

15:56 23.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə yeni rəis təyin olunub.

Hafta.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Səbuhi Qarayev SHXÇDX-nin Suraxanı rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.