Bakıda ərzaq mağazası yanıb

11:10 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 30 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​