Bakıda maşından 10 min manat oğurlanıb

14:10 26.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda maşından oğurluq edilib.

DİN-dən hafta.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məhəmmədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 10.000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.