Bakıda orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb

14:16 22.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1268.7 manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.8% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% artaraq 1002,8 manat təşkil edib.