Bakıda su məhdudiyyətlə veriləcək

12:34 07.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar 07 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a “Azərsu” ASC-dən bildirilib.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.