Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili sökülür - FOTO

15:04 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda tarixi binanın üzərində olan əlavə tikili Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülür.

Hafta.az-ın məlumatına görə, Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində olan əlavə tikinti sökülür. Sözügedən bina 1908-ci ildə inşa edilib.

Bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.