Bakıda tikinti materialları anbarındakı yanğın söndürülüb - YENİLƏNİB

15:00 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

*** 14:10

Bakıda mağaza və anbar yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.