Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.