Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməsi heç də birmənalı qarşılanmır. Xüsusilə də Makronun Azərbaycan əleyhinə son bəyanatlarından sonra...
Bu istiqamətdə hafta.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Fransanın Bakıdakı səfiri bu çıxışı ilə öz dövlət başçısının mövqeyini dəstəkləyib. Onun fikrincə, işğalçını dəstəkləyən Fransanın mövqeyini ifadə edən səfir Zaxari Qrosun Azərbaycandan çıxarılmalıdır.
“Biz Fransanın prezidenti Makronun Azərbaycanla bağlı qərəzli mövqeyini gördük. Fransa Praqada imzalanan bəyanatlardan sonra növbəti gün Ermənistanın yanında olduğunu bəyan edərək, Azərbaycanı haqsız olaraq qınayan münasibət ortaya qoydu. Fransanın sülh danışıqları prosesində rəsmi yer alması yanlış idi”.
Siyasi şərhçi hesab edir ki, səfir XİN-ə çağırılıb ciddi xəbardalıq edilməlidir.
“Fransa -Azərbaycan əlaqələri indiki məqamda böhranlıdır. Belə bir vəziyyətdə guya Fransanın sülhə dəstək verməsi bəhanədir, Ermənistanı dəstəkləməyə hesablanıb. Fransa Ermənistana dəstək verməklə və ədalətsiz mövqe ilə sülh prosesinin qarşısını alır. Fransa neytral mövqe tutmasa, beynəlxalq hüquq normaları çərçivəsində addım atmasa münasibətlər daha da pisləşəcək. Əks halda, Bakıdakı Fransa səfəri boykot edilməli və ölkədən çıxması üçün ona vaxt verilməlidir”.